Gündəm

Artıq GPS ilə təcili yardım çağırmaq mümkündür - YENİLİK

Bundan sonra e-Tabib tətbiqində GPS vasitəsilə ambulansı olduğun nöqtəyə çağırmaq mümkün olacaq.

ENA.az-ın məlumatına görə, bunu Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov bildirib.

O qeyd edib ki, əvvəllər bu sahədə infrastruktur kritik idi:

"Bu tətbiqin yaradılmasından sonra tətbiq çox insanın həyatında böyük rol oynayıb".

Qeyd edək ki, yenilənmiş "e-Tabib" mobil tətbiqi təqdim olunub. Tətbiqin əvvəlki versiyası yalnız koronavirusla bağlı funksionallıqdan ibarət idi, indi isə vətəndaşlar tibb müəssisəsinə müraciət etdikdə həkim tərəfindən təyin olunmuş diqanozları, tibb müəssisəsi tərəfindən göstərilmiş tibbi xidmətləri görə biləcəklər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)