Qarabağ

Prezident: "Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması labüddür"

Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşündə Laçın yolunda keçirilən etiraz aksiyasına da toxunub.

ENA.az xəbər verir ki, dövlət başçısı bu aksiyanın Ermənistanın Laçın yolundan qeyri-qanuni daşımalarına qarşı olduğunu bildirib.

Prezident İlham Əliyev Laçın yolunun son nöqtəsində - Ermənistan-Azərbaycan sərhədində Azərbaycanın sərhəd-keçid məntəqəsinin qurulmasının artıq labüd olduğunu qeyd edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department