Sosial iqtisadiyyat

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 60 % artıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala 2 206,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 60,1 % çox vəsait yönəldilib.

ENA,az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 2,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 2,3 dəfə artıb.

2 ay ərzində istifadə olunmuş vəsaitin 1 125,5 milyon manatı və yaxud 51 %-i məhsul istehsalı sahələrinə, 968,5 milyon manatı və yaxud 43,9 %-i xidmət sahələrinə, 112,9 milyon manatı və yaxud 5,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş vəsaitlərin 1 657,3 milyon manatını və yaxud 75,1 %-ni daxili vəsaitlər təşkil edib, 1 626,4 milyon manatı və yaxud 73,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 44,8 %, büdcə vəsaitləri 42,9 %, əhalinin şəxsi vəsaitləri 6,6 %, bank kreditləri 1,8 %, sair vəsaitlər isə 3,9 % paya malik olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)