Manat avroya qarşı bahalaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. AMB-nin məlumatına görə, martın 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8194 manat/1EUR səviyyəsində (martın 13-nə 1.8223 manat/1EUR) müəyyən edilib.
AMB martın 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0225 manat/1RUB səviyyəsində (martın 13-nə 0.0223 manat/1RUB) müəyyən edib.
Martın 14-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0896 manat/1TRY səviyyəsində qalıb.