Səhiyyə Nazirliyi peyvəndlərə 279,4 min dollar ayırdı
Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi 2018-ci ildə peyvəndlərin alınması ilə bağlı elan etdiyi tenderlərin nəticələrini açıqlayıb.
"BI"nın müqavilələrin dövlət reyestrindən əldə etdiyi məlumata görə, Nazirlik ötən il yoluxucu xəstəliklərin profilaktikası üçün nəzərdə tutulan vaksinlər və tibbi təyinatlı vasitələrin alınmasına üçün UNİCEF-lə 3 müqavilə imzalayıb. Onların ümumi məbləği 279 min 384 dollar olub.
Ən irihəcmili müqavilə 2018-ci il dekabrın 21-də imzalanıb. Burada peyvəndlərin və tibbi təyinatlı vasitələrin alınmasına 198 min 600 dollar ayrılması nəzərdə tutulub. Digər müqavilələri isə iyul və sentyabr aylarında bağlanıb.
10 | Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi |
UNİCEF |
Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair |
198600.44 USD | 2018-12-21 |
11 | Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi |
UNİCEF | Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş vaksinlər və tibbi təyinatlı vasitələr |
70503.40 USD | 2018-07-27 |
12 | Səhiyyə Nazirliyi İnnovasiya və Təchizat Mərkəzi |
UNİCEF | Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramına uyğun nəzərdə tutulmuş vaksinlər və tibbi təyinatlı vasitələr |
10277.76 USD | 2018-09-18 |