Axtar

Azərbaycan xüsusi infrastruktur vasitəsilə Avropa İttifaqına mavi yanacaq satacaq

Türkiyədə ötən ay baş vermiş zəlzələlər qaz qovşağı layihəsinin təxirə salınmasına səbəb olmayacaq. Azərbaycan xüsusi infrastruktur vasitəsilə Aİ-yə mavi yanacaq satacaq.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Türkiyənin Energetika Nazirliyinə istinadla qeyd olunur ki, bu, ölkənin cənub-şərqindəki zəlzələlər qaz qovşağının tikintisi layihəsinin dayandırılmasına maneə olmayacaq.

Söhbət ticarət platformasının yaradılmasından və cənub kəmərinin qaz infrastrukturunun fəal inkişafından gedir. Əlcəzair, Qətər və Azərbaycanın bu mərkəz vasitəsilə Aİ-yə mavi yanacaq satacağı gözlənilir.

Məlumata görə, Moskva və Ankara layihəyə qayıdıb. Türkiyədə ötən ay baş vermiş təbii fəlakət fonunda layihənin ləğvi barədə söhbət olmayıb.

Əlaqə

Email : enanewsaz@gmail.com

Tel : +994 70 500 12 33