“A-Qroup” sığortanın xalis mənfəəti 18 dəfə azalıb - HESABAT
2022-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup” sığorta şirkətinin xalis mənfəəti 57,19 min mаnаt təşkil edib. Bu isə ötənilki qazancdan (1 milyon 13 min 75,21 mаnаt) 17,7 dəfə azdır.
“A-Qroup” şirkətinin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2022-ci il ərzində onun gəlirləri 22 milyon 48 min 258,19 mаnаt, o cümlədən birbaşa sığorta haqları 24 milyon 631 min 590,61 manat (2021-ci ildəkindən 29,2% çox), investisiya gəlirləri - 218 min 212,54 manat təşkil edib. 2022-ci ildə şirkətin sığorta ehtiyatlarının mənfi göstəricisi 4 milyon manat təşkil edib, bu da ümumi gəlirlərin azalmasına səbəb olub. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 21 milyon 976 min 770,36 manat, sığorta ödənişlərinin həcmi 12 milyon 826 min 866,17 manat (2021-ci illə müqayisədə artım 9,3%), qaytarılan sığorta haqları 566 min 73,13 manat, sığorta işinin aparılması xərcləri 5 milyon 750 min 479,31 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2022-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 71 min 487,83 manat, mənfəət vergisi üzrə ödənişləri 14 min 297,57 manat təşkil edib.
Ötən il “A-Qroup”un aktivləri 15% - 29 milyon 201 min 507,7 manatadək, öhdəlikləri 35,9% - 17 milyon 737 min 840,97 manatadək, kapitalı 7,1% - 11 milyon 463 min 666,74 manatadək artıb.
Şirkətin nizamnamə kapitalı isə dəyişməz qalıb (10 mln. 5,25 min manat).
2022-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 2,3% - 6 milyon 799,999 min manatadək artıb.
“A-Qroup” ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir.