Gündəm

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyin olundu

Naxçıvan Baş Gömrük İdarəsinə rəis təyinatı olub.

ENA.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov martın 9-da müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar İsmayıl oğlu Əliyev sözügedən posta gətirilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi, gömrük xidməti polkovniki Vüqar Əliyev bundan əvvəl Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifələrini icra edirdi.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)