Əsas məzmuna keç
Bakı +11°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

İran Xəzərlə gizli şəkildə Rusiyaya 200 konteyner sursat göndərib

İran Xəzərlə gizli şəkildə Rusiyaya 200 konteyner sursat göndərib

Yanvar ayının ortalarında Xəzər dənizi vasitəsilə İrandan Rusiyanın Həştərxan limanına 200 konteyner sursatın olduğu iki gəmi göndərilib.

ENA.az xəbər verir ki, bu barədə “Sky News” ABŞ kəşfiyyatına istinadən məlumat yayıb.

Gəmilərdə Rusiyanın İrandan aldığı atıcı silahlar üçün 100 milyon güllə, 300 min mərminin daşındığı ehtimal olunur. Bildirilib ki, İrandan Rusiyaya 5,56 mm, 7,62 mm, 9 mm, 12,7 mm və 14,5 mm-lik güllələr, o cümlədən qumbaraatanlar, raketlər, minaatanlar və artilleriyalar üçün sursatlar gətirilib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə