Azərbaycanda ilk özəl aviaşirkət ləğvini elan etdi
“Turan Air” MMC (VÖEN: 1400394111) ləğv olunduğunu elan edib.
Şirkətin elanında qeyd olunur ki, kreditorların tələbləri iki ay ərzində Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportunda qəbul ediləcək.
"Turan Air" MMC Azərbaycanda fəaliyyət göstərən ilk özəl aviaşirkətdir. Şirkət Azərbaycan-Böyük Britaniya birgə müəssisə kimi 1994-cü ildə dövlət qeydiyyatına alınıb, 30 iyun 1995-ci ildə ilk reyslərə başlayıb.
Şirkətin nizamnamə kapitalı 2,47 milyon manata bərabərdir. Aviaşirkət həm müntəzəm, həm də çarter reysləri yerinə yetirib. 2013-cü ildə fəaliyyətini dayandırıb.