BİZNES

SOCAR-dan “Deloitte Azerbaijan”a transfer

Qlobal audit və konsaltinq xidmətlərini göstərən “Deloitte”nin Azərbaycandakı törəməsi “Deloitte Azerbaijan”nın direktoruna müşavir təyin edilib.

ENA.az xəbər verir ki, İbrahim Sərdarov audit şirkətinin direktorunun maliyyə üzrə müşaviri təyin edilib.

İ.Sərdarov buna qədər SOCAR-ın Ukraynadakı törəmə şirkətinin rəhbəri “SOCAR Energy Ukraine”nin baş maliyyə inzibatçısı, “SOCAR Avia Ukraine”nin direktor müavini idi. SOCAR-ın Ukraynadakı törəmələrindən bu ilin fevralında ayrıldığını elan edib.

İ.Sərdərov müxtəlif əməliyyatlar üzrə “UBS”, “Goldman Sachs”, “Rothschild”, “Merrill Lynch”, “Nomura” və bir sıra Ukrayna investisiya bankları da daxil olmaqla bir sıra qlobal investisiya bankları ilə sıx əməkdaşlıq edib. Peşəkar karyerası ərzində o, Azərbaycanda müxtəlif sənaye sahələrində iri transmilli və yerli müştərilərə zəmanət və məsləhət xidmətləri göstərib.

Xatırladaq ki, “Deloitte” Azərbaycanda törəməsi “Deloitte & Touche” MMC-dir. 975.6 manat nizamnamə kapitalı var.

“Deloitte & Touche Regional Concultinq Services Limited” şirkətinin Azərbaycandakı filialı da var.

Hər iki quruma Nuran Kərimov rəhbərlik edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)