Gündəm

İmtahanlara cəlb olunan işçilərin ödənişləri artırıldı

Dövlət İmtahan Mərkəzi tərəfindən ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq il ərzində keçirilən imtahanlarda müəyyən təşkilatların, dövlət qurumlarının, elm-təhsil müəssisələrinin on minlərlə əməkdaşının iştirakı təmin olunur və onlara gördükləri işə uyğun olaraq ödəniş edilir.

ENA.az xəbər verir ki, DİM-dən verilən xəbərə görə, əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində görülən tədbirlər, həmçinin Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilən tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərin tariflərinin tənzimlənməsi barədə Tarif (Qiymət) Şurasının 26 iyul 2022-ci il tarixli 6 №-li Qərarı nəzərə alınaraq Mərkəz tərəfindən imtahanlara cəlb olunan ştatdankənar işçilərə, imtahan rəhbərləri, nəzarətçilər, digər məsul şəxslər, mütəxəssis və ekspertlərə yerinə yetirdikləri işlərə və göstərdikləri xidmətlərə görə ödənilən haqların məbləğləri artırılıb.

Bununla bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 2 mart 2023-cü il tarixində “Ştatdankənar işçilərin, mütəxəssis və ekspertlərin yerinə yetirəcəyi işlər və xidmətlər üçün ödənilən haqların məbləğlərinin təsdiq edilməsi haqqında” əmr imzalayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)