BİZNES

Türkiyənin məşhur holdinqinin rəhbərləri Azərbaycanda yeni logistika şirkəti yaratdılar

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “DH Logistika” QSC-ni dövlət qeydiyyatına alıb.

ENA.az xəbər verir ki, nizamnamə kapitalı 2 min manat olan “DH Logistika” QSC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Şəmsi Rəhimov, ev.15A. ünvanıdır.

Logistika şirkətinin qanuni təmsilçisi Türkiyə vətəndaşı Yusuf Kandemirdir. O, Demirören Yatırım Holdinq-də CEO-dur.

Müşahidə şurasının üzvlərinin adı Demirören Yıldırım, Oktay Aslan Sinandır.

Qeyd edək ki, “Demirören” Holdinq Türkiyənin konqlomerat şirkətidir. Holdinq energetika, daşınmaz əmlak, tikinti, təhsil, media, reklam, turizm, rəqəmsal texnologiyalar sahələri üzrə şirkətləri özündə birləşdirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)