Ləğv prosesində olan banka məxsus 5 otaqlı yaşayış evi satışa çıxarılır - QİYMƏT
28 mart 2023-cü il saat 10:00-da “Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanı”nda ləğv prosesində olan “Dəmirbank” ASC-nin balansındakı daşınmaz əmlak açıq hərraca çıxarılacaqdır.
ENA.az xəbər verir ki, Daşınmaz əmlak Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1 ünvanında yerləşən (ü/s 485.90 kv.m) fərdi yaşayış evidir.
S/N | Balanssaxlayıcı təşkilatın adı | Əmlakın adı | Ünvanı | Ümumi sahəsi (kv.m) | Start qiyməti (manatla) | Ödəniləcək 10% beh (manatla) | İştirak haqqı (manatla) |
1 | LPO “Dəmirbank” ASC
|
3 mərtəbəli,
5 otaqlı fərdi yaşayış evi |
Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsi, ev 69/1 | 485.9 | 2250000 | 225000 | 20000 |