Azərbaycanın ən böyük ixrac şirkətləri və qazancları - Siyahı
“İxrac İcmalı” tərəfindən qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar ayında həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.
ENA.az xəbər verir ki, 2023-cü ilin yanvar ayı üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: “MKT İstehsalat Kommersiya” MMC, “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, “P-Aqro” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, Şirinov Elvin Valeh oğlu, “Almeyvə” MMC, “Rose Servis” MMC, “Best Logistik” MMC, “Baku Steel Company” QSC, “Mors Trading” MMC.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-nın “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Şəki Şərab” MMC, “İqlim Elmi-İstehsalat Müəssisəsi” MMC, “Azəri M-İ Drilling Fluids” MMC, “Səngəcal Elektrik Stansiyası” MMC.