BİZNES

Azərbaycanın 20 milyonluq şirkəti “Pepsi” şirkətinə birləşir

“Delta Qrup C.O.” MMC-nin fəaliyyətinə xitam verilərək “Mars Overseas Baku LTD” MMC-yə qoşulur.

Məlumata görə, “Mars Overseas Baku LTD” MMC “Delta Qrup C.O.” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunduğunu elan edir.

Xatırladaq ki, 1999-cu ildən fəaliyyət göstərən “Delta Qrup C.O.” MMC-nin iki əsas fəaliyyət sahəsi mövcuddur: yerli istehsalat və distribyutorluq (dağıtım). Əhalinin gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi məqsədi ilə Şirkətin iki böyük zavodu  (“Bismak” və “Çörəkçi”) fəaliyyətdədir. Şirkətin nizamnamə kapitalı 20 003 000 manatdır və qanuni təmsilçisi İlkin Şabanovdur. “Delta Qrup C.O.” Məhdud Məsuliyyətli Cəmiyyəti yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “ATS FOOD” Məhdud Məsuliyyətli Cəmiyyətinin yaradıldığını elan etmişdir.

Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)