Dövlət İdarəsində yoxlama aparılır
Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.
2023-cü il İş Planına əsasən Sumqayıt Regional Mədəniyyət İdarəsində audit aparılır.
Həmçinin qeyd olunub ki, Hesablama Palatasının həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri barədə məlumatlar qanuna uyğun olaraq Milli Məclisə göndərildikdən sonra veriləcək.
Xatırladaq ki, Mədəniyyət Nazirliyi tabeliyində 16 regional idarə fəaliyyət göstərirdi. Hazırda isə bu rəqəm 28-ə çatdırılır. Belə ki, mövcud olan regional idarələrin əsasında daha 12 idarənin yaradılması nəzərdə tutulub.