“PAŞA Investments”dən “SAB”a transfer olub

Azərbaycanda “SAB” brendində kolbasa məmulatları istehsal edən şirkətin rəhbəri dəyişib.
Məlumata görə, Elnur Bədəlov 2023-cü ilin fevralından etibarən “Zəhmət Ruzi” Məhdud Məsuliiyətli Cəmiyyətin baş icraçı direktoru təyin edilib.
Buna qədər şirkətin baş icraçı direktoru Tahir Məmmədov idi.
Elnur Bədəlov buna qədər “PAŞA Investments” MMC-də çalışrıdı. Daha öncələr Azərbaycan İnvestisya Holdinqindən çalışıb.
“Zəhmət Ruzi” MMC 2002-ci ildə dövlət qeydiyyatına alınıb və 10 936 294 manat nizamnamə kapitalı var.