Birja

Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşdı

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2 dollara qədər ucuzlaşıb.

ENA.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,94 ABŞ dolları, yaxud 2,3 % azalaraq 82,4 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department