Vakansiyalar

"Unibank" işçi axtarır - VAKANSİYA

Şirkətin adı: Unibank KB
Yerləşmə: Bakı
Sektor: Bank/Risklərin idarə edilməsi
Vəzifə : Risklərin idarə edilməsi departamentinin mütəxəssisi 
Müqavilə şərtləri: Daimi

Korporativ, kiçik və orta sahibkarlıq kredit riskləri üzrə aparıcı mütəxəssis

Namizədin Profili

• Ali təhsil (iqtisadyyat, hüquq və ya riyaziyyat sahəsində), bu sahələr üzrə olmadığı halda – kredit və ya risklərin idarə edilməsi sahəsində digər ali təhsil və ya kvalifikasiya;
• Maliyyə və ya İqtisadiyyat sahəsində minimum 3 il iş təcrübəsi;
• Analitik düşünmə bacarığı;
• Stressə davamlılıq;
• Azərbaycan və Rus dilləri üzrə biliklər;
• Bank riskləri haqda anlayışları və kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
• Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
• Qanunvericiliyin əsasları;
• Təcrübəli kompyuter istifadəçisi. Yüksək səviyyədə Microsoft Office üzrə biliklər.

Aşağıdakı namizədlərə üstünlük veriləcəkdir

• Professional sertifikasiya və kvalifikasiyaların mövcudluğu;
• Kreditləşmə və risklərin idarəedilməsi sahəsində iş təcrübəsi;
• Xarici dil bilikləri;
• Mərkəzi Bankın risklərin idarəedilməsi və kreditləşmə sahəsində qaydalar və tələblər bilikləri.

Göstərilən tələblərə cavab verən namizədlər https://unibank.az/az/hrsnew/vacanciesHrm/232 linkiylə keçid edib və vakansiyaya müraciət edə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department