Qarabağ

Moskvadan Ermənistandakı Aİ missiyası ilə bağlı daha bir ETİRAZ

Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla telefon danışığı aparıb.

ENA.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Telefon danışığı zamanı Cənubi Qafqazdakı vəziyyət müzakirə olunub.

Rusiya rəsmisi bildirib ki, Brüsselin Ermənistanda missiya yerləşdirmək qərarı regionda vəziyyəti normallaşdırmağa kömək etmir.

Həmçinin qeyd olunub ki, Bakı və İrəvan arasında bu təşəbbüslə bağlı konsensus yoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)