Gündəm

Putin nüvə sazişinin ləğv edilməsi üçün parlamentə müraciət etdi

Rusiya prezidenti Vladimir Putin ABŞ-la imzalanan nüvə sazişinin ləğv edilməsi barədə qanun layihəsini Dövlət Dumasına təqdim edib.

ENA.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

“Rusiya Federasiyası ilə Amerika Birləşmiş Ştatları arasında strateji hücum silahlarının daha da azaldılması və məhdudlaşdırılması tədbirləri haqqında Müqavilənin fəaliyyətinin Rusiya Federasiyası tərəfindən dayandırılması haqqında” qanun layihəsi Dövlət Dumasında müzakirə olunacaq.

Qeyd edək ki, Putin bu gün parlamentdə çıxışı zamanı Rusiyanın müqaviləni tərk edəcəyini açıqlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)