Bank

Banklar dollar alışını artırdı, satış isə 5 dəfə azaldı - RƏSMİ AÇIQLAMA

2022-ci ildə nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 13.9% artaraq 31.7 mlrd. ABŞ dolları olub. ENA.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, nağdsız valyuta əməliyyatlarının 83.4%-i ABŞ dollarında, 16.6%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 28.6%-i banklararası valyuta bazarında (BVB), 71.4%-i isə bankdaxili valyuta bazarında (BDVB) həyata keçirilib.

Hesabat ilində BVB-də əməliyyatların həcmi 9.6% artaraq 9 mlrd. ABŞ dolları ekvivalentində olub. Bu seqmentdə əməliyyatların 99.1%-i ABŞ dollarında aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Blumberq” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb.

BDVB-də valyuta əməliyyatlarının həcmi 22.6 mlrd. dollardır, bu da ötən ilə nəzərən 15.8% çoxdur. Əməliyyatların 77.1%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 93.2%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilə nəzərən 27% artaraq 5.1 mlrd. ABŞ dolları təşkil edib. Bunun 85.7%-i ABŞ dolları ilə aparılıb. Aprel ayından başlayaraq ilin sonuna qədər xarici valyutanın alışının satışından yüksək olması hesabına xalis xarici valyuta satışı ötən ilə nəzərən 5 dəfə azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)