Zaxarovadan Ermənistandakı Aİ missiyasına SƏRT REAKSİYA
Avropa İttifaqı hər vasitə ilə Rusiyanın müttəfiqi Ermənistanda möhkəmlənmək istəyir.
ENA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Qərb təhlükəsizliyin əsas təminatçısı kimi Rusiyanın tarixi funksiyasını zəiflətmək istəyir. Zaxarova qeyd edib ki, regionda təhlükəsizliyin əsas amili Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında imzalanmış razılaşmalardır.
Xatırladaq ki, bu gün Aİ-nin Ermənistandakı mülki missiyası fəaliyyətə başlayıb.