Sənaye

Azərbaycanda 50 nəfərin işləyəcəyi müəssisənin tikintisi yekunlaşır

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Novus Plastica” MMC-nin Polimer materialların emalı müəssisəsində tikinti işləri yekunlaşmaq üzrədir.

ENA.az xəbər verir ki, layihənin investisiya dəyəri 11 milyon manatdan çoxdur. İndiyədək görülən işlərə 7.8 milyon manatdan sərmayə qoyulub və artıq işlərin təqribən 70 faizi tamamlanıb. 50-dək insanın daimi işlə təmin ediləcəyi müəssisədə polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçiriləcək.

Müəssisədə İtaliyanın qabaqcıl texnologiyaları tətbiq olunacaq. İstehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyə, MDB ölkələrinə ixracı da planlaşdırılır.

Müəssisənin 2023-cü ilin birinci yarısında fəaliyyətə başlaması nəzərdə tutulur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)