İlham Əliyev Münhendə televiziya kanallarına müsahibə verdi - VİDEO
Bu gün Münhendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub.
ENA.az xəbər verir ki, görüşdən sonra dövlət başçısı yerli telekanallara müsahibə verib.
Prezident üçtərəfli görüşün konstruktiv keçdiyini bildirib: "Görüş yaxşı keçdi. Mən öz mövqeyimi bildirdim. Bir çox məsələlər müzakirə olundu. O cümlədən Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması. Əsas məsələ ondan ibarətdir ki, sülh müqaviləsi beynəlxalq norma və prinsiplər əsasında təşkil edilməlidir".
Dövlət başçısı vurğulayıb ki, Qarabağ haqqında hansısa müddəanın olması qəbuledilməzdir:
"Biz üç gün qabaq Ermənistandan təkliflərimizə yeni cavab təklifləri aldıq. Onları incələyirik. İlk baxışda Ermənistan mövqeyində tərəqqi var, ancaq kifayət deyil".