Prezidentin Blinken və Paşinyanla birgə görüşü başladı - Yenilənir
Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə birgə görüşü başlayıb.
Bu haqda Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
ABŞ dövlət katibi Entoni Blinken bu gün Münhendə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.
ENA.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumata görə, görüş yerli vaxtla saat 13:35-ə planlaşdırılıb.