Sosial iqtisadiyyat

Bazarda bu məhsullar kəskin bahalaşıb

2023-cü il başlayandan kənd təsərrüfatı məhsullarının qiymətində əhəmiyyətli dərəcədə artım olub. 

Kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul ticarətçilərin verdiyi məlumata görə, qiymət artımı hələ də davam edir. Onların sözlərinə görə, qiymət artımı xüsusilə aşağıdakı məhsullarda baş verib:

Kartof - 0.8-1.1 AZN 

Soğan - 0.8-1.1 AZN

Kələm - 0.35-0.5 AZN

Banan - 2-2.3 AZN

Nar - 0.9-1.5 AZN

Kök - 0.8-1.1 AZN

Naringi - 0.8-2.2 AZN

Satıcılar deyir ki, qiymət artımının səbəbi bilinmir: "Topdansatış məntəqələri qiymət artımını ən müxtəlif səbəblərlər izah edir. Bura quru sərhədlərin bağlı olmasından tutmuş yanacağın qiymətinin artmasına qədər ən müxtəlif səbəblər daxildir". (Qaynarinfo.az)

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)