Gündəm

İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək

Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində fevralın 18-də Cənubi Qafqazda təhlükəsizliyə həsr olunmuş panel müzakirələrdə iştirak edəcək.

Tədbirin proqramına əsasən, panel müzakirələrdə ATƏT-in baş katibi Helqa Mariya Şmid və Gürcüstanın baş naziri İrakli Qaribaşvili də iştirak edəcəklər.

Münhen Təhlükəsizlik Konfransı 17-19 fevral 2023-cü il tarixlərində Münhendə keçiriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)