Naxçıvan aeroportunda yoxlamalar aparılır
![](https://ena.az/uploads/news/2023-02/_ena_d9bc71af5eb4c454c1b9a155f_o.jpg)
Naxçıvan Beynəlxalq Hava Limanında yoxlamalara başlanılıb.
ENA.az APA-ya istinadən xəbər verir ki, fevralın 15-dən başlayaraq Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən hava limanında maliyyə yoxlaması aparılır.
Məlumatı qurumun direktor müavini Rafael İbrahimov da təsdiq edib.
O bildirib ki, yoxlamalar mart ayının 18-dək davam edəcək.