İlham Əliyevin Almaniyaya səfəri gözlənilir
Prezident İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Dövlət başçısının Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedəcəyi bildirilir.
Bu barədə Münhen Təhlükəsizlik Konfransının saytında məlumat yayılıb.
Prezidentlə yanaşı, xarici işlər naziri Ceyhun Bayramovun, energetika naziri Pərviz Şahbazovun da tədbirdə iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, konfransda Ermənistan Baş naziri Nikol Paşinyan da iştirak edəcək.
Xatırladaq ki, 59-cu Münhen Təhlükəsizlik Konfransı fevralın 17-19-da keçiriləcək.