Rusiya Hərbi Dəniz Qüvvələrinin nüvə silahı olan gəmilərini işə salındığı deyilir
Rusiya Şimal Donanmasının gəmiləri 30 ildə ilk dəfə göyərtəsində taktiki nüvə silahları ilə dənizə çıxmağa başlayıb.
ENA.az xəbər verir ki, bu barədə Norveç Kəşfiyyat Xidmətinin (NKX) illik hesabatında bildirilib.
Sənədə əsasən, sovet dövründə Şimal Donanmasının döyüş gəmiləri müntəzəm olaraq taktiki nüvə silahları ilə dənizə çıxırdılar, lakin soyuq müharibədən bəri belə hallar aşkarlanmamışdı. Kəşfiyyat məlumatlarına görə, Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Rusiya üçün “nüvə silahının əhəmiyyəti xeyli dərəcədə artıb”.
“Nüvə potensialının mərkəzi hissəsi Şimal Donanmasının sualtı qayıqlarında və yerüstü gəmilərdə yerləşir”, - hesabatda qeyd olunub.
Kəşfiyyat məlumatlarına görə, bu silahlar NATO ölkələrinin iştirak edə biləcəyi “əməliyyat variantlarında xüsusilə ciddi təhlükə yaradır”.