Vakansiyalar

Prior Leasing işçi axtarır - MAAŞ 1000 AZN

Ofis menecer

 Son tarix 10 mar 2023 

Namizədə olan tələblər:

  • Müvafiq sahədə 1 ilədək iş təcrübəsi (Ofis Menecer, yaxud Direktor Assistenti kimi);
  • MS Excel-lə işləmə bacarığı;
  • Rus dili – Sərbəst danışıq (müsahibə zamanı yoxlanılacaq);
  • İngilis dili – İntermediate və üzəri (müsahibə zamanı yoxlanılacaq);
  • Öyrənməyə həvəsli və insanlarla ünsiyyəti sevən.

Vəzifə öhdəlikləri:

  • Ofisə yaxınlaşan qonaqları qarşılamaq, yönləndirmək, onları qəbul edəcək şəxsləri məlumatlandırmaq;
  • Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
  • Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək;
  • Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blanklarını hazırlayaraq müvafiq şöbəyə yönləndirmək;
  • Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
  • Rəhbərin təqviminə nəzarət etmək, görüş və iclasları planlamaq və təşkil etmək;
  • İclas nəticələrinin qeydiyyatını aparmaq;
  • İş yazışmalarını aparmaq;
  • İşgüzar səfərləri təşkil etmək.

İş şərtlərimiz:

  • Əmək haqqı: 1000 AZN;
  • İş qrafiki : Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Ziya Bünyadov 1965, "Çinar Park" Biznes Mərkəzi; 

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Ofis Menecer” yazaraq hr@prior.az poçt ünvanına göndərmələri xahiş olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department