Gündəm

Pensiya artımları nə vaxt veriləcək? - RƏSMİ

Minimum pensiyalarda artımla əlaqədar hazırlıq işləri başa çatdırılıb.

ENA.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov "Sosial saat"da məlumat verib.

E.İsmayılov minimum pensiya alanların artımlarını nə zaman alacaqlarına da aydınlıq gətirib: "Hesablamalar aparılıb. Qrafiklərə uyğun olaraq pensiyaların artımlarla birgə ödənilməsi həyata keçiriləcək".

Qeyd edək ki, fevralın 1-dən qanunvericilikdə edilən dəyişikliyə görə minimum pensiyanın məbləği 240 manatdan 280 manata çatdırılıb. Artım təxminən 100 mindən çox pensiyaçını əhatə edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department