Azərbaycanda inflyasiya açıqlandı
2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar ayına nisbətən 113.6 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 117.5
faiz. qeyri-ərzaq məhsulları üzrə 112.2 faiz. əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 109.7 faiz təşkil edib.
ENA.az DSK-ya istinadən xəbər verir ki, 2023-cü ilin yanvar ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.0 faiz təşkil edib.
2023-cü ilin yanvar ayında ərzaq məhsulları. içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101.2 faiz təşkil eedib.