Qarabağ

“BMT sülhməramlıları Qarabağa göndərilməyəcək” – Rusiya XİN

"BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil".

ENA.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu  - Rusiya XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib.

"Sülhün bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir", - deyə İliçev bildirib.

O, həmçinin qeyd edib ki, BMT-nin sülhməramlı missiyaları həmişə ev sahibi ölkələrin etimadını qazanmır: "Məsələ sülhməramlı əməliyyata kimin icazə verməsində deyil, daha ​​çox münaqişənin dayandırılması və nəticələrinin aradan qaldırılmasında hər iki tərəfin xoş niyyətinin olmasıdır".

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sülhməramlılarının vəzifəsinin öhdəsindən gələ bilmədiyini və rəsmi Moskvanın BMT Təhlükəsizlik Şurasında bölgəyə beynəlxalq sülhməramlı missiya göndərilməsi barədə məsələ qaldırmalı olduğunu bəyan etmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)