Tenderlər

Yelo Bank tenderlər elan edir

®1.“Yelo Bank” ASC-nin İnzibati Departamentinin A4 kağızı SvetoCopy alışı üçün açıq tender elanı.

2.Yelo Bankın İnzibati departamentinin dövri sifarişlərinə dair açıq tender elanı.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

–    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

–    Ödəmə qabiliyyəti olmalı;

–  Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

–    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

–    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

–    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı:

–    Tender təklifləri 28 fevral 2023-cü il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Həsən bəy Zərdabi 81K ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 

–    Zərflərin hər küncü möhürlənməlidir. 

–    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcək.

Məhsul üzrə texniki şərt və tenderdə iştiraka dair tələblər ilə linkə keçid edərək tanış ola bilərsiniz: https://bit.ly/yltncvh

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)