Netanyahu: "Bəzən bizik, bəzən yox”
İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfahanda hərbi zavoda endirilən zərbə ilə bağlı açıqlama verib.
Bu barədə israilli siyasətçi “CNN”ə danışıb.
Onun sözlərinə görə, İsrail İrandakı “müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür”. Lakin Baş nazir İsfahandakı zavoda hücumun arxasında İsrailin dayanıb-dayanmamasını nə təsdiqləyib, nə də təkzib edib:
“Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram… və hər dəfə Yaxın Şərqdə bir partlayış olanda İsraili ittiham edir və ya üzərinə məsuliyyət qoyurlar – bəzən bizik, bəzən yox”.