Azərbaycanın dövlət borcu ÜDM-nin 11%-i həcmindədir
2022-ci ilin yekunlarına görə, Azərbaycanın dövlət borcu ÜDM-in 11,7%-nə qədər azalıb, maliyyə naziri Samir Şərifov bildirib.
Əvvəllər xəbər verildiyi kimi, 2021-ci ilin sonunda Azərbaycanın dövlət borcu ÜDM-in 18,2%-i səviyyəsində qiymətləndirilir.
Şərifov Maliyyə Nazirliyinin kollegiyasının iclasında bildirib ki, 2023-cü il yanvarın 1-nə Azərbaycanın xarici borcu ÜDM-in 8,6%-i (2021-ci ilin sonuna - ÜDM-in 14,9%-i), daxili borc ÜDM-in 3,1%-i səviyyəsində qiymətləndirilir. (2021-ci ilin sonunda - ÜDM-in 3 ,3%-i).
Eyni zamanda, 2023-cü ilin əvvəlinə dövlət borcunun strukturunda 74 faiz xarici borcun, 26 faiz daxili borcun payına düşür.
Kollegiya iclasında qeyd olunub ki, Maliyyə Nazirliyi dövlət borcunun davamlılığını təmin edə bilib.
Eyni zamanda, yeni ortamüddətli dövr üçün (2025-ci ilin sonuna qədər – İF) prioritetlər daxili borclanmanın artırılması, xarici borclanmanın tədricən azaldılması və sabit faizlə borclanmanın həyata keçirilməsidir.