Gömrükdə daha bir əməliyyat - SAXLANILAN VAR
Pul vəsaitlərinin qanunsuz dövriyyəsində şühbəli bilinən gömrük əməkdaşı saxlanılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinin əməkdaşı Cavid Məmmədov saxlanılıb.
O, gömrük orqanlarına bəyan edilməmiş vəsaitlərin dövriyyəsini aparmaqda şübhəli bilinir. Belə ki, C.Məmmədov TIR sürücüləri vasitəsilə qeyri-qanuni maliyyə maxinasiyası həyata keçirməkdə ittiham edilir. İlkin məlumata görə, C.Məmmədov ölkəyə dollar, rubl keçirmək istəyərkən saxlanılıb.
Qeyd edək ki, ötən gündən başlayaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat həyata keçirilir. Saxlanılanlar var və əməliyyat hələ də davam edir.