Gündəm

Gömrük Komitəsində antikorrupsiya əməliyyatı keçirilir

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Dövlət Gömrük Komitəsində əməliyyat keçirir.

ENA.az xəbər verir ki, hazırda əməliyyat tədbirləri davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat Xidmətindən "Qafqazinfo"ya təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyat barədə əlavə məlumat veriləcək.

Məlumatı ilk olaraq "unikal" yayıb.

***

Oxu.az-ın məlumatına görə, əməliyyat tədbirləri ötən gündən başlayıb. İlkin ehtimallara görə, əməliyyat zamanı xüsusilə maliyyə işçiləri arasında yeddi nəfər saxlanılıb, beş nəfərin isə izahatı alınıb.

***

ENA.az xbər verir ki? "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, əməliyyat Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində keçirilir.

Sözügedən idarə Qaradağ rayon Lökbatan qəsəbəsində "Meyvəli" kimi tanınan ərazinin yaxınlığında yerləşir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)