Bank

Banklar dollar alışını 18 dəfə azaltdı - hərracın nəticəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə keçirdiyi valyuta hərracında banklara 1,5 milyon dollar satıb.

Yanvarın 17-də keçirilən hərracda banklara 18,7 milyon dollar məbləğində xarici valyuta satılmışdı.

“Hərracda tələb $1,5 milyon təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7 manat səviyyəsində formalaşıb”, - deyə AMB-dən bildirilib.

AMB 2017-ci il yanvarın 12-dən etibarən yeni formatda hərrac mexanizminin tətbiqinə başlayıb.

Hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilir.

2022-ci ildə ARDNF valyuta hərraclarında $4 milyard 681,8 milyon məbləğində vəsait satmışdı ki, bu 2021-ci ilin göstəricisindən 30% azdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)