Mərkəzi Bankın sabiq əməkdaşı dövlət agentliyinə təyinat aldı
Uzun müddət Azərbaycan Mərkəzi Bankından çalışmış Rövşən Qəniyev dövlət agentliyinə təyinat alıb.
Məlumata əsasən, o, Dövlət Məşğulluq Mərkəzinin Rəqəmsal məşğulluğun təşkili departamentinin müdiri təyin edilib.
R.Qəniyev bu vəzifədə Orxan Rəsulovu əvəz edib.
R.Qəniyev 2012-ci ildən 2020-ci ilə qədər Azərbaycan Mərkəzi Bankında, 2020-ci ildən isə İcbari Sığorta Bürosunda çalışırdı.
Hazırda yeni təyin edildiyi departament üç: Elektron xidmətlərin təşkili şöbəsi, Məlumatların təhlili şöbəsi və Məşğulluqda rəqəmsal innovasiyalar şöbəsindən ibarətdir.