Gündəm

London Tehrandakı səfirini geri çağırıb

Böyük Britaniya İrandakı səfirini məsləhətləşmələr üçün geri çağırıb.

ENA.az xəbər verir ki, bu barədə Britaniya xarici işlər naziri Ceyms Kleverli məlumat verib.

XİN başçısı səfirin ikili vətəndaşlığı olan müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi ilə əlaqədar geri çağırıldığını bildirib.

Kleverli qeyd edib ki, London digər addımları da nəzərdən keçirir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)