Sosial iqtisadiyyat

DGK: "İdxal mallarının ƏDV-dən azad olunmasına etiraz etmirik"

Dövlət Gömrük Komitəsi (DGK)Azərbaycana idxal olunan malların əlavə dəyər vergisindən (ƏDV) azad olunmasına etiraz etmir. 

ENA.az xəbər verir ki, bunu Komitənin katibliyinin rəisi Əsgər Məmmədov "Şəxsi Hesab Vərəqəsi” elektron xidmətinin təqdimatı zamanı bildirib.

Bununla belə, o qeyd edib ki, hər bir azadolma büdcə üçün itki deməkdir.

Gömrük rəsmisi əlavə edib ki, ötən il ilk dəfə Komitə dövlət büdcəsinə 5 milyard manatdan çox vəsait köçürüb, o cümlədən ƏDV üzrə daxilolmalar 4 milyard manatı keçib, büdcəyə plandan 1 milyard manatdan artıq vəsait ödənilib.

"Məqsədimiz tezliklə rəqəmsal gömrüyün qurulmasıdır. İstəyirik ki, mallar ölkəyə daxil olmamışdan əvvəl elektron qaydada bizim sistemə daxil olsun", - Ə.Məmmədov deyib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)