Sənaye

UBS-dan proqnoz: 2023-cü ildə neft daha da bahalaşacaq

İsveçrənin UBS Group AG bankının ekspertləri hesab edirlər ki, Çin və inkişaf etməkdə olan ölkələrdə hasilat və iqtisadiyyatın bərpasına kifayət qədər sərmayə qoyulmaması fonunda 2023-cü ildə neftin qiyməti artmağa davam edəcək.

Bankın proqnozuna görə, bu il Brent neftinin kotirovkaları bir barelə görə 110 dollara, WTI markalı neftin bir barelə görə 107 dollara çatacaq.

UBS-in hesabatında deyilir: "Biz neftə tələbatın sutkada 1,6 milyon barel artacağını, 2023-cü ilin ikinci yarısında məcmu tələbin 103 milyon barel rekordunu ötəcəyini gözləyirik. Artımın aslan payı Asiyanın inkişaf etməkdə olan iqtisadiyyatlarından formalaşacaq".

Bank analitiklərinin proqnozlarına görə, 2023-cü ildə qeyri-OPEC+ ölkələrində neft təklifi sutkada 1,3 milyon barel artacaq.

Rusiyada hasilatın bu il ərzində sutkada 9 milyon bareldən aşağı düşəcəyi gözlənilir, halbuki 2022-ci ilin əvvəlində 10 milyon bareldən çox idi. Rusiya Federasiyasında hasilatın daha da kəskin azalması UBS analitikləri tərəfindən 2023-cü ildə neft qiymətləri üçün əsas artım risklərindən biri kimi göstərilir.
 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)