İcbari Tibbi Sığorta Fondunun büdcəsi ilə bağlı FƏRMAN
Prezident İlham Əliyev İcbari Tibbi Sığorta Fondunun 2023-cü il büdcəsi haqqında fərman imzalayıb.
Bununla bağlı Prezident.az məlumat yayıb.
Fərmana əsasən, İcbari Tibbi Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirləri 2 393 243 970 manat, xərcləri 2 393 243 970 manat məbləğində təsdiq edilib.