Azərbaycan vətəndaşları gələn ildən bu ölkəyə elektron viza ilə səfər edə biləcək
Azərbaycan vətəndaşları növbəti ildən etibarən Mərakeşə elektron viza (e-viza) ilə səfər edə biləcək.
Bu barədə Mərakeş Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, bu qərar Mərakeş Krallığının dövlət idarəçiliyi xidmətlərinin, xüsusən də Krallığın diplomatik nümayəndəlikləri və konsulluqları səviyyələrində konsulluq fəaliyyəti ilə bağlı xidmətlərinin rəqəmsallaşdırılmasına yönəlmiş milli və beynəlxalq səviyyədə göstərdiyi səylər çərçivəsində verilib.
Nazirlikdən verilən xəbərə görə, 2023-cü ilin yanvarın 10-dan etibarən İordaniya, Hindistan, Qvatemala və Azərbaycan vətəndaşları Mərakeşə səfər etmək üçün elektron vizadan (e-viza) yararlanacaqlar.
Qeyd edək ki, Mərakeş hökuməti artıq 6 aydır ki e-viza tətbiq edir.