Qarabağdakı yataqların qanunsuz istismarı dayandırıldı
Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarı dayandırılıb.
ENA.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə “Base Metals” şirkəti məlumat yayıb.
Məlumata görə, şirkət ekoloji ekspertiza üçün beynəlxalq təşkilatlara müraciət etmək qərara alınıb.
Müraciət ən qısa zamanda araşdırılması üçün BMT-nin müvafiq strukturlarına və aidiyyəti beynəlxalq təşkilatlara göndərilib.
Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 17 gündür davam edir.