“Azercell” qiymətləri artırır
31/01/2023-cü il tarixdən etibarən, “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) xətt sistemində abunəçilərə təqdim edilən “Sərbəst” və “Gənc OL” tarif paketləri çərçivəsində dəyişikliklər tətbiq ediləcək.
Bu barədə “Azercell”in abunəçilərinə müraciətində bildirilir.
Dəyişikliklər aşağıdakılardır:
Bildirək ki, qiymətlər ƏDV daxil göstərilib. Hesablama intervalı 60 saniyə təşkil edir.
Onu da qeyd edək ki, Növbəti ayda abunəçinin balansında aylıq abunə haqqı üçün kifayət qədər vəsait olmadıqda (həmçinin digər internet paketləri olmadığı halda) mobil xidmətlərdən istifadə haqqı: 1 MB = 0.05 AZN, şəbəkədaxili zəngin 1 dəqiqəsi = 0.06 AZN, şəbəkəxarici zəngin 1 dəqiqəsi = 0.08 AZN təşkil edir. (interval 60 saniyə).